İnteqrasiyalar
SmartBina – texnologiya ilə idarə olunan ağıllı bina platforması olaraq, müxtəlif proqram təminatları və avadanlıqlarla geniş miqyaslı inteqrasiyalar həyata keçirir. Məqsədimiz – idarəetməni avtomatlaşdırmaq, təhlükəsizliyi artırmaq və istifadəçilərə tam nəzarət imkanı verməkdir.
Aşağıdakı sistemlərlə uğurla inteqrasiya olunmuşuq:
Ölkədə fəaliyyət göstərən bütün Banklarla
SmartBina, yerli və beynəlxalq banklarla birbaşa əlaqə quraraq sakinlərin və istifadəçilərin bank üzərindən həyata keçirdiyi ödənişləri real vaxtda qəbul edir. Bu, idarə heyəti üçün operativ məlumat, sakinlər üçün isə rahatlıq deməkdir.
Ödəniş Terminalları ilə
PayPoint, eManat, MilliÖn və digər terminallar üzərindən edilən ödənişlər SmartBina sistemində avtomatik qeyd olunur. Artıq kvitansiya və sənəd izləmə yükündən azadsınız!
1C Muhasibatlıq sistemi ilə
İdarəetmə şirkətləri üçün güclü mühasibatlıq dəstəyi: 1C ilə birbaşa inteqrasiya sayəsində bütün maliyyə əməliyyatları şəffaf və izlənəbiləndir.
Kart oxuyucular və keçid Sistemləri
SmartBina müxtəlif keçid və giriş sistemləri ilə (Mifare, RFID və s.) uyğunlaşaraq sakinlərin və qonaqların hərəkətlərini avtomatlaşdırılmış şəkildə idarə edir.
Avtomatik şlaqbaum
Nəqliyyat axınının səmərəli idarəsi üçün avtomatik şlaqbaumlar və giriş nəzarət avadanlıqları ilə tam uyğunluq təmin olunub. Sakinlər rahat, təhlükəsiz keçid imkanı qazanır.
Saytlarla və Web Sistemlərlə İnteqrasiya
Rəsmi veb saytlar, istifadəçi portalları və CRM sistemləri ilə qarşılıqlı əlaqə qurularaq, məlumat axını tam avtomatlaşdırılıb. İstifadəçi təcrübəsi maksimum səviyyədə optimallaşdırılıb.
Niyə SmartBina ilə İnteqrasiya?
- Avtomatlaşdırılmış idarəetmə
- Təhlükəsiz və etibarlı giriş-çıxış nəzarəti
- Ağıllı ekosistemə uyğunluq
- Texniki dəstək və xidmət davamlılığı
+994 55 404 09 10
info@mibs.az
Bakı ş. Nərimanov ray., Ə.Rəcəbli 11B