Məxfilik Siyasəti
Son Yenilənmə Tarixi: 08.07.2025
Bu Məxfilik Siyasəti www.smartbina.az veb-saytı və “Smart Bina” mobil tətbiqi vasitəsilə təqdim olunan xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz şəxsi məlumatların necə toplanması, istifadəsi, saxlanması və paylaşılması qaydalarını müəyyən edir. Platformaya daxil olmaqla və ya hər hansı müraciət formasını doldurmaqla, bu siyasətin bütün şərtləri ilə razılaşmış sayılırsınız.
Bu Məxfilik Siyasəti www.smartbina.az veb-saytı və “Smart Bina” mobil tətbiqi vasitəsilə təqdim olunan xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz şəxsi məlumatların necə toplanması, istifadəsi, saxlanması və paylaşılması qaydalarını müəyyən edir. Platformaya daxil olmaqla və ya hər hansı müraciət formasını doldurmaqla, bu siyasətin bütün şərtləri ilə razılaşmış sayılırsınız.
1. Qüvvəyə minmə və tətbiq sahəsi
Bu Məxfilik Siyasəti istifadəçi tərəfindən platformaya daxil olduğu andan etibarən qüvvəyə minir və İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsini təşkil edir. Platformadan istifadə edən hər bir şəxs bu siyasətdə göstərilən prinsiplərlə razı olduğunu təsdiqləmiş sayılır.
2. Toplanan məlumatlar
İstifadəçilərdən aşağıdakı şəxsi məlumatlar toplanır:
- Ad və soyad;
- Şirkətin adı (əgər varsa);
- Vəzifə (yalnız idarəedici orqanlar və təşkilatlar üçün);
- E-poçt ünvanı;
- Əlaqə nömrəsi;
- Yaşayış kompleksinin adı;
- Kompleksin ünvanı;
- Kompleks üzrə bina sayı;
- Kompleks üzrə mənzil sayı;
Bu məlumatlar istifadəçinin sistemə qoşulmaq məqsədilə təqdim etdiyi müraciət forması vasitəsilə toplanır.
3. Məlumatların toplanma məqsədi
Toplanan məlumatlar aşağıdakı qanuni və etik məqsədlərlə istifadə oluna bilər:
- İstifadəçinin göndərdiyi müraciətin qəbul və cavablandırılması;
- SmartBina sisteminin qurulması və istifadəsi üçün ilkin əlaqə;
- MİB Solution MMC və tərəfdaşlarının xidmət və məhsulları barədə təqdimat və məlumatlandırma;
- Hüquqi razılaşmaların icrası və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
Reklam və PR məqsədləri ilə məlumatlardan yalnız istifadəçinin açıq razılığı olduqda istifadə edilə bilər.
4. Məlumatların saxlanması və qorunması
4.1. Toplanan məlumatlar “Fərdi Məlumatların Qorunması Haqqında” Qanun və digər müvafiq normativ aktlara əsasən saxlanılır.
4.2. Məlumatlar yalnız yetkili şəxslərin daxil ola bildiyi qorunan sistemlərdə yerləşdirilir və icazəsiz giriş, dəyişiklik və yayım hallarına qarşı texniki və inzibati tədbirlərlə qorunur.
4.3. Platformada təqdim olunan məlumatların təhlükəsizliyini təmin etmək üçün SSL, şifrələmə, rol əsaslı giriş idarəsi və gündəlik ehtiyat nüsxələmə prosedurları tətbiq edilir.
5. Məlumatların paylaşılması
İstifadəçilərə aid şəxsi məlumatlar yalnız aşağıdakı hallarda üçüncü şəxslərlə paylaşılır:
- Qanunvericiliyə əsasən rəsmi dövlət qurumlarının yazılı sorğusu və ya məhkəmə qərarı olduqda;
- SmartBina sisteminin texniki dəstəyi, hostinqi və funksionallığının təmin olunması məqsədilə texnoloji tərəfdaş şirkətlərlə;
- MİB Solution MMC-yə bağlı qurum və etibarlı xidmət təminatçıları ilə.
6. İstifadəçi hüquqları
İstifadəçilər aşağıdakı hüquqlara malikdirlər:
- Öz şəxsi məlumatlarına çıxış əldə etmək;
- Məlumatlarının dəyişdirilməsini və ya silinməsini tələb etmək;
- Məlumatların emalına etiraz etmək və ya məhdudlaşdırılmasını istəmək;
- Məlumatların istifadəsinə verdiyi razılığı geri götürmək.
Bu hüquqlardan istifadə etmək üçün istifadəçi info@smartbina.az ünvanına yazılı müraciət göndərə bilər.
7. Siyasətin dəyişdirilməsi
SmartBina.az bu Məxfilik Siyasətini istənilən vaxt dəyişdirmək hüququna malikdir. Dəyişikliklər platformada dərc olunduğu andan qüvvəyə minmiş sayılır. Əgər dəyişikliklər vacib hüquqi və funksional aspektləri əhatə edərsə, istifadəçilərə bu barədə elektron vasitələrlə əlavə məlumat verilə bilər.
8. Əlaqə
Bu siyasətlə bağlı hər hansı sual və ya müraciətiniz üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: info@smartbina.az
Sayt: https://smartbina.az
+994 55 404 09 10
info@mibs.az
Bakı ş. Nərimanov ray., Ə.Rəcəbli 11B