İstifadəçi razılaşması
Son Yenilənmə Tarixi: 08.07.2025
1. Giriş
Bu İstifadəçi Razılaşması (“Razılaşma”) “Smart Bina” sisteminin sahibi olan “MİB Solution” MMC (bundan sonra “Şirkət” adlandırılacaq) ilə sistemə daxil olan və istifadə edən fiziki və ya hüquqi şəxs (“İstifadəçi”) arasında bağlanır.
Sistemi istifadə etməklə İstifadəçi aşağıda göstərilən şərtlərlə razılaşmış hesab olunur.
2. Qeydiyyat və hesab
2.1. Sistemdə təqdim olunan bəzi funksiyalardan istifadə etmək üçün istifadəçi qeydiyyatdan keçməlidir.
2.2. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə, tamlığına və aktuallığına görə məsuliyyət daşıyır.
2.3. Hesab məlumatları yalnız istifadəçinin özünə aiddir və üçüncü şəxslərlə paylaşılması qadağandır.
3. İstifadə hüquqları və məhdudiyyətlər
3.1. İstifadəçi platformadan yalnız qanuni və etik məqsədlərlə istifadə etməlidir.
3.2. Aşağıdakı fəaliyyətlər qəti şəkildə qadağandır:
Sistemin və ya digər istifadəçilərin məlumatlarının icazəsiz əldə edilməsi və ya dəyişdirilməsi
Zərərli proqram, virus və ya kodların sistemə daxil edilməsi
Avtomatlaşdırılmış və ya manipulyasiyaedici üsullarla xidmətlərdən istifadə
Təhqiredici, qeyri-qanuni və ya hüquqları pozan məlumat paylaşımı
4. Toplanan məlumatlar və emal Məqsədi
4.1. Platforma vasitəsilə aşağıdakı məlumatlar toplanır:
- Ad və soyad
- Müraciətçinin hüquqi satusu
- Şirkətin adı
- Vəzifə
- E-poçt ünvanı
- Əlaqə nömrəsi
- Yaşayış kompleksinin adı və ünvanı
- Kompleks üzrə bina və mənzil sayı
4.2. Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- İstifadəçi tərəfindən təqdim olunmuş müraciətin emalı və əlaqə yaradılması
- MİB Solution MMC ilə gələcək əməkdaşlıqların təşkili
- Xidmətlərə dair PR, reklam və təqdimat təşəbbüsləri
5. Məlumatların qorunması və saxlanması
5.1. İstifadəçinin məlumatları yalnız xidməti məqsədlərlə emal olunur və “Fərdi Məlumatların Qorunması Haqqında” qanuna uyğun şəkildə qorunur.
5.2. Məlumatlar yalnız onları təqdim edən şəxs və ya hüquqi subyekt tərəfindən dəyişdirilə və silinə bilər.
5.3. Şirkət məlumatların təhlükəsizliyi üçün bütün zəruri texniki və inzibati tədbirləri həyata keçirir. Məlumatlar qorunan serverlərdə saxlanılır və yalnız yetkili şəxslərin daxil ola biləcəyi şəkildə məhdudlaşdırılır.
6. Məlumatların paylaşılması
6.1. Toplanan fərdi məlumatlar yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:
- Rəsmi dövlət qurumlarının yazılı sorğusu və ya məhkəmə qərarı olduqda
- SmartBina.az sisteminin texniki təminatı və xidmətin təqdim olunması məqsədilə tərəfdaş texnologiya şirkətləri ilə
- MİB Solution MMC-yə bağlı qurum və partnyorlarla (yalnız razılaşdırılmış funksionallıqlar çərçivəsində)
6.2. İstifadəçinin açıq razılığı olmadan məlumatlar heç bir halda kommersiya məqsədilə üçüncü tərəflərlə paylaşılmayacaq.
7. İstifadəçinin hüquqları
İstifadəçi aşağıdakı hüquqlara malikdir:
- Öz fərdi məlumatlarına çıxış tələb etmək
- Məlumatlarının düzəldilməsini və ya silinməsini istəmək
- Məlumatların emalına etiraz etmək və ya məhdudlaşdırılmasını tələb etmək
- Texniki dəstək almaq
- Sistemdən və məlumatların istifadəsindən imtina etmək
İstifadəçi bu hüquqlarından istifadə etmək üçün info@smartbina.az elektron ünvanı vasitəsilə şirkətlə əlaqə saxlaya bilər.
8. Şirkətin hüquq və öhdəlikləri
8.1. Sistemin fasiləsiz və təhlükəsiz şəkildə işləməsini təmin etmək;
8.2. Zərurət olduqda sistemin texniki baxışını və təkmilləşdirilməsini həyata keçirmək;
8.3. İstifadəçi razılaşmasının şərtlərini dəyişmək və bu dəyişiklikləri platforma üzərindən elan etməklə qüvvəyə mindirmək;
8.4. Qanunvericiliklə nəzərdə tutulan hallarda istifadəçi məlumatlarını müvafiq dövlət orqanlarına təqdim etmək.
9. Mübahisələrin həlli
Tərəflər arasında yaranan hər hansı mübahisə ilkin olaraq qarşılıqlı razılaşma yolu ilə həll olunmağa çalışılacaq. Bu mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll ediləcək.
10. Razılaşmanın qüvvəyə minməsi və dəyişdirilməsi
10.1. Bu razılaşma istifadəçi tərəfindən platformadan istifadə edildiyi andan qüvvəyə minmiş sayılır.
10.2. Şirkət bu razılaşmanı istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər platformada dərc edildiyi andan etibarən qüvvəyə minmiş sayılır və istifadəçi bu dəyişikliklərlə razılaşmış hesab olunur.
11. Əlaqə
Bu razılaşma ilə bağlı sual, təklif və ya hüquqi müraciətlər üçün bizimlə aşağıdakı vasitə ilə əlaqə saxlaya bilərsiniz:
E-mail: info@smartbina.az
Əgər bu Razılaşma ilə razı deyilsinizsə, sistemdən istifadə etməməyiniz xahiş olunur.
+994 55 404 09 10
info@mibs.az
Bakı ş. Nərimanov ray., Ə.Rəcəbli 11B